Test

Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə, Dərs Evi və Moskva Dövlət Universiteti “Peşə seçimi” testini təqdim edir.

Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə, Dərs Evi və Moskva Dövlət Universiteti “Peşə seçimi” testini təqdim edir.

Bu test abituriyentlərin maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verir. “Peşə oriyentator” kompleksi üzrə testi keçən hər kəs, nəticələri çap olunmuş şəkildə əldə edir və öz psixoloji portretini görür. Daha sonra, testin nəticələrinə əsasən peşə konsultantı abituriyentə uyğun peşələrin siyahısını, bu peşələrin tədris olunduğu ali məktəblərin adlarını və bir sıra lazımlı tövsiyələri verir.

Şagirdlərin düzgün peşə istiqamətini öncədən müəyyən etmək, onlara daha çox uğur qazandıran sənəti aşkarlamaq imkanı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir. Gənclər gördükləri işə həvəslə yanaşır və həyatdan zövq alır, valideynlər övladlarını uğurlu və xoşbəxt görür, nəticədə isə ölkəmizə səmərə gətirən yeni peşakarlar nəsli böyüyür.

Peşə seçimi testi

İlk öncə ondan başlayaq ki, Siz özünü qiymətləndirmə proqramının bəndləri ilə ya razılaşırsınız, ya da razılaşmırsınız. Razılaşırsınızsa rəqəmi dairəyə alın, razılaşmırsınızsa heç nə yazmayın. Bütün suallara cavab verdikdən sonra sütunlarda dairəyə aldığınız rəqəmləri hesablayın və alınan cəmi “Nəticələriniz” xanasında qeyd edin.

1 sual / 30
Yeni insanlarla asanlıqla (sıxılmadan) ünsiyyət qururam
Uzun-uzadı həvəslə bir şey quraşdıra (düzəldə, tikə, toxuya) bilərəm
Məni əhatə edən mühitə gözəllik qatmağa çalışıram (deyilənə görə bu məndə alınır)
Həvəslə bitkilərə (və ya heyvanlara) mütəmadi qulluq göstərirəm
Uzun-uzadı həvəslə hesablaya və ya çəkə bilərəm
Yaşıdlarım və ya məndən kiçiklərlə həvəslə vaxt keçirir, lazım gəldikdə onlara kömək edirəm
Tez-tez və həvəslə böyüklərə heyvanlara (bitkilərə) qulluq etməkdə kömək edirəm
Yazı yazarkən az səhv buraxıram
Əl işlərim (dərsdənkənar vaxtlarda düzəltdiyim) adətən dostlarımın və böyüklərin marağına səbəb olur
Böyüklərin fikrincə mənim müəyyən bir incəsənət sahəsində bacarıqlarım var
Bitki (və ya heyvanlar) aləmi haqqında maraqla oxuyuram
Bədii öz fəaliyyətlə fəal məşğul oluram
Mexanizmlərin, maşınların və cihazların quruluşu haqda maraqla oxuyuram
Uzun-uzadı başsındıran məsələlər, krosvordlar, rebuslar üzərində işləyə bilərəm, bunu sevirəm
Yaşıdlarım və ya kiçiklər arasında yaranan narazılığı asanlıqla duya bilirəm
Böyüklərin fikrincə mənim texnika ilə işləmək bacarıqlarım var
Yaradıcılıq nailiyyətlərimi hətta tanımadığım insanlar belə təqdir edir
Böyüklərin fikrincə mənim bioloji obyektlərlə (bitkilərlə və ya heyvanlarla) işləmək bacarığım var
Yazılı şəkildə fikirlərimi ətraflı və digərləri üçün aydın ifadə etməyi bacarıram
Demək olar heç vaxt heç kimlə dalaşmıram
Texniki yaradıcılıq nailiyyətlərimi tanımadığım insanlar təqdir edir
Əcnəbi sözləri asanlıqla mənimsəyirəm
Tez-tez yad insanlara kömək edirəm
Uzun-uzadı yorulmadan sevdiyim işlə (musiqi, rəsm və s.) məşğul ola bilərəm
Bitkilərin (canlı orqanizmlərin) inkişafına təsir göstərməyə, onları yaxşılaşdırmağa və dəyişməyə çalışıram
Maşınların, cihazların quruluşunu araşdırmağı sevirəm
Adətən yaşıdlarımı və ya özümdən kiçikləri bu və ya digər iş planının məqsədəuyğunluğuna inandıra bilirəm
Heyvanlar və ya bitkiləri həvəslə müşahidə edirəm
Bir çoxlarının darıxdırıcı saydığı yazıları (elmi-populyar, publisistika, ədəbi tənqid) oxumağı sevirəm
İncəsənət işçilərinin ustalıq sirlərini öyrənməyə və onların etdiklərini təkrar etməyə (onlar kimi etməyə) çalışıram
Təbiət adam

Təbiət adam description

Texnik adam

Texnik adam description

İşarə adam

İşarə adam description

Bədii obraz adam

Bədii obraz adam description

Adam - adam

Adam - adam description

Sizin üçün maraqlı ola bilər