29 İYUL, 12:00
#StopBullying
Bu şənbə biz uşaqların və yeniyetmələrin bullinqə məruz qalması kimi çox ciddi bir mövzu haqqında danışacağıq.
Bu problem artıq bir çox məktəbliləri narahat edib və bu problem həll olunmalıdır.
Bullinq – uşaqların uydurması deyil. Bu, digər şəxslərə fiziki və ya emosional zərərin yetirilməsidir. Sözlər və hərəkətlər dağıdıcı ola və qurban üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.
Dərs Evi uşaqlar və yeniyetmələr üçün təhlükəsiz və rahat mühit yaratmaq üçün əlindən gələni edir. Biz şagirdlərimizin emosional vəziyyətinin qeydinə qalır və onları dəstəkləyirik.
Bullinqlə qarşılaşırsınızsa və ya başqasının bundan əziyyət çəkdiyini görürsünüzə, nə etməli? Təcrübəli spikerlər, əməkdar pedaqoq Fəridə Hüseynova və psixoloq Nərmin Hüseynova ilə birlikdə bullinqi müəyyən etmə və qarşısını alma yollarını müzakirə edəcəyik. Gəlin dünyamızı daha xoş və hamı üçün daha təhlükəsiz bir məkana çevirək.
#StopBullying Sizi 29 iyul saat 12:00-da Libraff kitab mağazasında baş tutacaq seminarda gözləyirik.
Giriş ödənişizdir. Qeydiyyatdan keçmək üçün *3377 nömrəsinə zəng edin.