9 SENTYABR, 12:30
Övladınız Azərbaycan məktəbində təhsil alır, lakin ali təhsilini xaricdə davam etdirmək istəyirsə, sizə “Foundation” xüsusi hazırlıq proqramını təklif edirik.
Bu proqram Böyük Britaniyada və dünyanın digər ölkələrində olan universitetlərdə bakalavr təhsili almağı planlaşdıran məzunlar üçün nəzərdə tutulub. Proqramı uğurla bitirən məzunlar universitetə qəbul üzrə zəmanət alır.
Bakıda bu proqramı necə keçmək olar? Dərs evində baş tutacaq “Xaricdə təhsil – dünyaya açılan pəncərə” adlı seminarımıza gəlin və bu proqramla tanış olun.
Tərəfdaşımız International Foundation Group-un direktoru Stefan Qrin və Dərs Evində Foundation proqramının rəhbəri Cəmilə Məmmədova azərbaycanlı məktəblilərə Bakıda xarici universitetlərə qəbula hazırlaşmağa imkan verən yeni layihəni sizlərə təqdim edəcək.
Qonaq spiker, Avropa İttifaqının universitetlər arasında qeyri-kommersiya tələbə və müəllim mübadiləsi proqramı olan Erasmus+ proqramının rəhbəri Pərviz Bağırov azərbaycanlı tələbələrin xaricdə təhsili başa vurduqdan sonra hansı üstünlükləri əldə edəcəyi barədə danışacaq.
