15 İYUL, 11:00
UNİVERSİTETƏ STRESSİZ NECƏ QƏBUL OLMALI?
İyul ayının 15-də Dərs Evində “Universitetə stressiz necə qəbul olmalı?” adlı seminar keçiriləcək.
Universitetə hazırlıq zamanı şagirdlərin qarşılaşdıqları müxtəlif problemləri nəzərdən keçirəcəyik.
Seminarda aşağıdakı suallara cavab alacaqsınız:
– Düzgün seçimi necə etməli, hara qəbul olmalı?
– Nəticə əldə etmək üçün düzgün strategiya və plan necə qurulmalı?
– Hər şeyi necə çatdırmalı?
– Müəllimləri necə tapmalı?
– Hazırlıq prosesində motivasiya və fokusu necə qoruyub saxlamalı?
– Nəzarət və etimad arasındakı tarazlığı necə qorumalı?
– Stress və ifrat gərginliyi necə idarə etməli?
Seminardan sonra sizi mərkəzimizdə gəzdirəcək və imtahanlara hazırlıqla bağlı bütün suallarınızı cavablandıracağıq.
Seminara giriş ödənişizdir.
Qeydiyyatdan keçmək üçün *3377 nömrəsinə zəng edin.