11 FEVRAL 11:00
İmtahanda ən vacib şey nədir?
Əlbəttə ki, psixoloji sakitliyi qoruyub saxlamaq və suallara fokuslanmaq. Bunun üçün bilik kifayət deyil, psixoloji dəstək lazımdır.
Bu bazar – 11 fevral saat 11:00-da Dərs Evində stresə davamlılıq mövzusunda seminar keçiriləcək.
Sosial psixoloq Günel Süleymanlı Sizə:
✅ stressli situasiyada psixoloji sakitliyi qorumağın yollarından bəhs edəcək;
✅ tənəffüs texnikasını öyrədəcək;
✅ diqqəti cəmləməyə kömək edən məşqləri əyani şəkildə göstərəcək.
Mart ayında keçiriləcək buraxılış imtahanda artıq siz təmkinli və öz gücünüzdən əmin olacaqsınız.
Seminarda iştirak üçün qeydiyyat mütləqdir.
Qeydiyyatdan keçmək üçün *3377 nömrəsinə zəng edin.
Seminarda görüşənədək!