11-ci sinif üçün hazırlıq

Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.

Kursa qeydiyyatdan keçin

Dərslər qrup şəklində keçirilir, buna baxmaraq müəllim tərəfindən hər bir şagirdə fərdi diqqət göstərilir. Bundan əlavə, hər bir şagirdə imtahana hazırlıq və imtahandan keçməsi üçün məhz ona uyğun fərdi strategiya hazırlanır.

Biz 11-ci sinif şagirdlərinə seçilmiş ixtisas qrupuna uyğun olaraq DİM-in həm buraxılış, həm də qəbul imtahanları proqramına daxil olan fənlər üzrə hazırlıq kursları təklif edirik. Onlara qrup daxilində hansı fənlərdən hazırlıq kursunu seçəcəklərinə qərar vermək imkanı verilir.

Məşğələlər zamanı şagirdlər imtahan üçün lazım olan nəzəri biliklər əldə edir, imtahan suallarının formatlarını və onların həlli üsullarına yiyələnir, həmçinin tapşırıqları həll etmək üçün ayrılmış vaxtdan səmərəli istifadə etməyi öyrənirlər. Biz imtahana hazırlıq prosesini asanlaşdıran yaxşı nəzəri baza təmin edirik ki, bu zaman bizim əsas prinsipimiz – tapşırıqların həllinə yönəlmiş tədris prinsipi – sarsılmaz olaraq qalır. Hər fənn həftədə bir dəfə tədris olunur və hər dərs üç-dörd saat davam edir. Riyaziyyat, tarix, kimya, fizika, biologiya kimi fənlər üzrə dərslər 4 saat keçirilir.

Məşğələlər aralarında DİM-in sertifikatlı markerlərinin də oluğu "Dərs Evi" müəllimləri tərəfindən aparılır.

Buraxılış proqramına daxil olan fənlər üzrə dərslər sentyabr ayında başlayır və imtahana qədər davam edir. Qəbul imtahanına aid fənlər üzrə dərslər isə bu imtahanın ikinci mərhələsinə qədər davam edir. Kurs müddətində hər ay DİM-in son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu, ümumi sınaq imtahanları keçirilir.

Bundan əlavə, şagirdlər imtahana psixoloji hazırlıq təlimlərində iştirak etmək imkanına malik olurlar.

Hazırlıq kurslarımızın məzunları hazırda ölkənin ADA Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (MDU Bakı filialı), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və s. kimi ən yaxşı ali məktəblərində uğurla təhsil alırlar.

Kursa qeydiyyatdan keçin

Aşağıdakı xanaları doldurun

Sizin üçün maraqlı ola bilər