9-cu sinif üçün hazırlıq

Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!

Kursa qeydiyyatdan keçin

Dərs Evi 9-cu sinif şagirdləri üçün həm buraxılış, həm də qəbul imtahanına hazırlıq təklif edir!

Kurs zamanı şagirdlər nəzəriyyə ilə yanaşı, imtahan suallarını həll etmək üçün fərqli üsullar öyrənirlər və imtahana psixoloji hazırlıq təlimlərində də iştirak edirlər.

Dərs Evi tələbə olacağınıza yazılı zəmanət verir!

Müəllimlərimiz şagirdlərə Ana dili fənni üzrə sözbirləşmələri, sintaktik əlaqə kimi mövzuları izah edəcəklər.

İngilis dili üzrə ən vacib imtahan mövzularını əhatə edəcəklər (Passive Voice, The Article, Əvəzlik, Complete the Sentence, Subject-Verb Agreement və s.) qrammatika, dinləmə və oxuma üzrə bilikləri artıracaqlar. Həmçinin şagirdlər imtahan suallarının düzgün cavablandırılma metodlarını da öyrənəcəklər.

Riyaziyyat fənni üzrə imtahanda ən çox rast gəlinən həndəsi irəliləmə, loqariflər, oxşarlıq kimi mövzuları təhlil ediləcək. Müəllimlər mövzunu imtahan suallarını cavablandıraraq izah edəcəklər. Riyaziyyatı bizimlə yenidən kəşf edəcəksiniz və daha heç bir sual sizi qorxuda bilməyəcək!

Buraxılış imtahanı 2 mərhələdən ibarətdir.

Buraxılış imtahanının I mərhələsində 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 45 tapşırıq verilir. Cəmi toplana biləcək bal – 90

İmtahanın II mərhələsində 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 90 qapalı tapşırıq verilir. Cəmi toplana biləcək bal – 210

Dərslər sentyabrda başlayır. Kurs müddətində hər ay Dövlət İmtahan Mərkəzinin ən son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu və ümumi sınaq imtahanları keçirilir.

Dərs Evi həm canlı, həm də onlayn dərs formatını birləşdirən Blended təhsil modelini tətbiq edir. Ev tapşırıqları, cədvəl və nəzəriyyə! Bütün dərslər yazılır, şagird istədiyi vaxt dərsin videosunu yenidən izləyə bilir.

E-dərs sistemi özündə ənənəvi təhsil ilə onlayn təhsilin üstünlüklərini birləşdirir! Beləliklə şagirdlər dünya üzrə yenilənən dərs formatı ilə tanış olurlar. Vaxta qənaət, ev tapşırıqlarının tez və rahat yoxlanılması, müəllim ilə birbaşa ünsiyyət E-ders onlayn tədris sisteminin güclü tərəflərindəndir. Bu sistem valideynlər üçün də çox rahatdır. Onlar övladlarının tədrisdə irəliləyişini izləyə və davamiyyətlərini nəzarətdə saxlaya bilərlər.

Sistemimiz sınaq imtahanları və video dərslər daxil olmaqla sonuncu hazırlığa kimi düşünülərək hazırlanıb!

Qeydiyyat üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur.

Kursa qeydiyyatdan keçin

Aşağıdakı xanaları doldurun

Sizin üçün maraqlı ola bilər