İlk imtahanlar geridə qaldı və deyəsən dincəlmək olar. Amma vaxt çox tez keçir, məktəbdə fənlərin çətinlik səviyyəsi artır. Nəyisə gözdən qaçırsanız, çox asanlıqla proqramdan geri qala bilərsiniz.
Mütəxəssislər əmindirlər ki, qəbul imtahanlarına rahat və hərtərəfli hazırlaşmaq üçün 2 il lazımdır.
Ona görə də bu müddət gələcək fəaliyyət sahənizi müəyyən etmək, müvafiq fənlər qrupunu seçmək və onu dərindən öyrənməyə başlamaq üçün ən düzgün vaxtdır. Bunun üçün Dərs Evi əvvəlcə xüsusi “Peşə seçimi” (hiperlink) testindən keçməyi tövsiyə edir. Testin nəticələri hər bir şagirdin üstünlüklərini, qabiliyyətlərini və fərdi xüsusiyyətlərini aşkarlayır.
10-cu sinifdə Dərs Evi proqramı üzrə hazırlaşsanız:
· qəbul üçün zəruri fənn bilikləri üzrə mövcud boşluqları doldurur;
· imtahan tapşırıqlarının bütün mümkün formatlarını həll etməyi bacarırsınız;
· özünüzə daha çox vaxt ayırırsınız, bu o deməkdir ki, imtahanlara qədər hər şeyi vaxtında çatdırırsınız;
· dərs yükünüzü bərabər qaydada bölüşdürməyi öyrənirsiniz;
· Daha intensiv dərslərə öyrəşirsiniz
· tədrs ili ərzində öyrənmə həvəsini qoruyur və stresə qapılmırsınız;
· və əlbəttə ki, imtahanlarda ən yüksək balı toplamaq şansınızı artırırsınız!
10-cu sinif üçün hazırlıq proqramına daxildir*:
· ana dili (Azərbaycan və ya rus dili)
· ingilis dili;
· riyaziyyat.
· Seçilmiş ixtisas qrupa daxil olan fənlər:
I qrup – fizika, kimya və ya informatika (şagird əvvəlcə hər iki fənni seçə və ya öyrənməyə cəhd edə bilər);
II qrup – coğrafiya, tarix;
III qrup – tarix, ədəbiyyat və ya coğrafiya (şagird əvvəlcə hər iki fənni seçə və ya öyrənməyə cəhd edə bilər);
IV qrup – fizika, biologiya, kimya.
Proqramın sonunda uşaqlar:
· fənn bilikləri üzrə mövcud boşluqları doldurur;
· zəruri bütün mövzuları ətraflı şəkildə öyrənir;
· biliklərini daha da dərinləşdirmək üçün möhkəm baza qurur;
· biliklərini müxtəlif formatlarda tətbiq etməyi öyrənir;
· öyrənmə motivasiyalarını artırırlar.
Tədrisin formatı:
Hər fənn üzrə dərslər kampusumuzda hər biri 2 saat olmaqla həftədə 2 dəfə, keçirilir.
Hər bir qrup15-18 nəfərdən ibarətdir. Bu, hər bir şagirdə xüsusi diqqət ayırmağa imkan verir, bununla yanaşı, uşaqlar ətrafda çox insan olduqda, diqqətlərini mövzuya cəmləməyə və saxlamağa öyrəşirlər. Bu isə imtahanda lazım olan çox faydalı bacarıqdır.
Dərslər sentyabr ayından may ayına qədər davam edir***
*biz ayrı-ayrı fənlər üzrə qeydiyyatdan keçmək imkanı veririk, lakin kompleks tədrisi tövsiyə edirik, çünki bu yanaşma uşaqlara daha yaxşı nəticələr əldə etməyə imkan verir.
** əgər ana diliniz rus dilidirsə, biz əlavə olaraq “Rus bölməsi üçün Azərbaycan dili ” proqramımıza diqqət yetirməyi tövsiyə edirik. Bu, zəruri dil bilik və bacarıqlarının formalaşmasına kömək edəcək. Rus bölməsi üçün Azərbaycan dili dərsləri yaxşı dil mühiti formalaşdırmaq məqsədilə həftədə 1 dəfə, 3 saat olmaqla (fasilələrlə) keçirilir.
***qrupa sonradan da qoşula bilərsiniz, bəzən isə əlavə qruplar açırıq. Zəhmət olmasa bizimlə əlaqə saxlayın, sizə uyğun olan variantı seçəcəyik.
Copyright © 2023: Dersevi.