11-ci sinif məktəb həyatında ən həlledici dövrdür. Bu, zəruri bilikləri təkmilləşdirmək, məktəb və qəbul imtahanlarına keyfiyyətli hazırlaşmaq üçün son fürsətdir.
11-ci sinifdə Dərs Evi proqramı üzrə hazırlaşsanız:

· zəruri biliklərə dərindən sahib olursunuz;
· imtahan tapşırıqlarının bütün mümkün formatlarını həll etməyi bacarırsınız;
· fənlər üzrə dərin biliklərə sahib olmaqla, gözlənilməz tapşırıqlar qarşısında özünüzü itirmirsiniz;
· tədrs ili ərzində öyrənmə həvəsini qoruyur və stresə qapılmırsınız;
· və əlbəttə ki, imtahanlarda ən yüksək balı toplamaq şansınızı artırırsınız!

11-cu sinif üçün hazırlıq proqramına daxildir*:

Buraxılış imtahanında verilən fənlər:
· ana dili (Azərbaycan və ya rus dili)** – həftədə 2 dəfə, hər biri 2,5 saat
· ingilis dili – həftədə 2 dəfə, hər biri 2,5 saat
· riyaziyyat – həftədə 2 dəfə, hər biri 3 saat
Mütəxəssislərimiz ana dili və riyaziyyatın tədrisi üçün xüsusi proqramlar hazırlayıblar. Bu proqramlar materialı fevral ayına qədər mənimsəməyə imkan verir, çünki buraxılış imtahanı adətən mart ayında keçirilir. Fevral ayında intensiv məşğələlər keçiririk, bu müddət ərzində şagirdlər keçdikləri materialı təkrarlayır və DİM bazasından çox sayda test həll edirlər. 

Seçilmiş ixtisas qrupuna daxil olan qəbul fənləri — həftədə 2 dəfə, hər biri 2 saat:
I qrup – fizika, kimya, informatika;
II qrup – coğrafiya, tarix;
III qrup – tarix, ədəbiyyat və ya coğrafiya;
IV qrup – fizika, biologiya, kimya.

Proqramın sonunda abituriyentlər:
· fənlər üzrə bütün zəruri mövzuları təkrarlayır;
· yeni mövzuları ətraflı şəkildə keçir və başa düşür;
· imtahan tapşırıqlarının həlli üzrə güclü bacarıq formalaşdırırlar;
· biliklərini müxtəlif formatlarda tətbiq etməyi öyrənir;
· öyrənmə motivasiyalarını artırırlar.

Tədrisin formatı:
Dərslər avqust ayından iyul ayına qədər davam edir*** Biz 11-ci sinif şagirdləri ilə dərslərə daha erkən başlayırıq ki, onların materialı mənimsəmək üçün daha çox vaxtları olsun.
Seçilmiş ixtisas qrupundan asılı olaraq, dərslər müxtəlif aylarda başa çata bilər. İmtahan tarixləri əsasında dərs cədvəli tərtib edirik.
Hər bir fənn üzrə dərslər 15-18 nəfərlik qruplarda keçirilir. Bu, hər bir şagirdə xüsusi diqqət ayırmağa imkan verir, bununla yanaşı, uşaqlar ətrafda çox insan olduqda, diqqətlərini mövzuya cəmləməyə və saxlamağa öyrəşirlər. Bu isə imtahanda lazım olan çox faydalı bacarıqdır.

*biz ayrı-ayrı fənlər üzrə qeydiyyatdan keçmək imkanı veririk, lakin kompleks tədrisi tövsiyə edirik, çünki bu yanaşma uşaqlara daha yaxşı nəticələr əldə etməyə imkan verir.
** əgər ana diliniz rus dilidirsə, biz əlavə olaraq “Rus bölməsi üçün Azərbaycan dili ” proqramımıza diqqət yetirməyi tövsiyə edirik. Bu, ali məktəbə qəbul imtahanından keçmək üçün zəruri bilik və dil bacarıqlarının formalaşmasına kömək edəcək.
Rus bölməsi üçün Azərbaycan dili dərsləri yaxşı dil mühiti formalaşdırmaq məqsədilə həftədə 1 dəfə, 3 saat olmaqla (fasilələrlə) keçirilir.

***qrupa sonradan da qoşula bilərsiniz, bəzən isə əlavə qruplar açırıq. Zəhmət olmasa bizimlə əlaqə saxlayın, sizə uyğun olan variantı seçəcəyik.

Ödənişsiz konsultasiya