Buraxılış imtahanlarına az qalıb və intensiv hazırlığı təxirə salmağa vaxt yoxdur. Uşaqlar keçilən materialı nə qədər tez təkrarlamağa və tapşırıqların imtahan formatları ilə işləmək bacarığını inkişaf etdirməyə başlasa, onların yüksək nəticələr əldə etmək ehtimalı bir o qədər yüksək olar.

9-cu sinifdə Dərs Evi proqramı üzrə hazırlaşsanız:

· zəruri biliklərə dərindən sahib olursunuz;

· fənlər üzrə dərin biliklərə sahib olmaqla, gözlənilməz tapşırıqlar qarşısında özünüzü itirmirsiniz;

· imtahan tapşırıqlarının bütün mümkün formatlarını həll etməyi bacarırsınız;

· tədrs ili ərzində öyrənmə həvəsini qoruyur və stresə qapılmırsınız;

· və əlbəttə ki, imtahanlarda ən yüksək balı toplamaq şansınızı artırırsınız!</span>

 

9-cu sinif üçün hazırlıq proqramına daxildir*:

· ana dili (Azərbaycan və ya rus dili)**;

· ingilis dili;

· riyaziyyat.

 

Biz 9-cu siniflər üçün proqramı əlavə fənlərlə. yükləmirik. Bu, uşaqlara yaxın hədəflərinə fokuslanmağa və ona doğru getməyə imkan verir.

 

Proqramın sonunda uşaqlar:

· fənlər üzrə bütün zəruri mövzuları təkrarlayır;

· yeni mövzuları ətraflı öyrənir və başa düşür;

· imtahan tapşırıqlarının həlli üzrə güclü bacarıq formalaşdırırlar;

· biliklərini müxtəlif formatlarda tətbiq etməyi öyrənir;

· öyrənmə motivasiyalarını artırırlar.

 

Tədrisin formatı:

Hər fənn üzrə dərslər kampusumuzda hər biri 2 saat olmaqla həftədə 2 dəfə, keçirilir.

Hər bir qrup15-18 nəfərdən ibarətdir. Bu, hər bir şagirdə xüsusi diqqət ayırmağa imkan verir, bununla yanaşı, uşaqlar ətrafda çox insan olduqda, diqqətlərini mövzuya cəmləməyə və saxlamağa öyrəşirlər. Bu isə imtahanda lazım olan çox faydalı bacarıqdır.

Dərslər sentyabr ayından may ayına qədər davam edir***

 

*biz ayrı-ayrı fənlər üzrə qeydiyyatdan keçmək imkanı veririk, lakin kompleks tədrisi tövsiyə edirik, çünki bu yanaşma uşaqlara daha yaxşı nəticələr əldə etməyə imkan verir.

 

** əgər ana diliniz rus dilidirsə, biz əlavə olaraq “Rus bölməsi üçün Azərbaycan dili “proqramımıza diqqət yetirməyi tövsiyə edirik. Bu, zəruri dil bilik və bacarıqlarının formalaşmasına kömək edəcək. Rus bölməsi üçün Azərbaycan dili dərsləri yaxşı dil mühiti formalaşdırmaq məqsədilə həftədə 1 dəfə, 3 saat olmaqla (fasilələrlə) keçirilir.

 

***qrupa sonradan da qoşula bilərsiniz, bəzən isə əlavə qruplar açırıq. Zəhmət olmasa bizimlə əlaqə saxlayın, sizə uyğun olan variantı seçəcəyik.

Ödənişsiz konsultasiya