Azərbaycan dili imtahanından müvəffəqiyyətlə keçmək ali məktəblərə qəbul imtahanına buraxılmaq üçün mühüm şərtdir. Azərbaycan dili kifayət qədər çətin dildir və bu dili danışıq səviyyəsində bilmək imtahandan uğurla keçməyə zəmanət vermir. Bütün digər fənlərdə olduğu kimi, Azərbaycan dili imtahanına da ayrıca hazırlaşmaq lazımdır.
Dərs Evi proqramı üzrə hazırlaşırsınızsa:
· həm qrammatika, həm də leksika üzrə dərin biliklərə sahib olursunuz; · Azərbaycan dili üzrə dərin biliklərə sahib olmaqla, gözlənilməz tapşırıqlar qarşısında özünüzü itirmirsiniz; · imtahan tapşırıqlarının bütün mümkün formatlarını həll etməyi bacarırsınız; · güclü tərəflərinizə arxalanaraq imtahan strategiyanızı inkişaf etdirirsiniz; · və əlbəttə ki, imtahanlarda ən yüksək balı toplamaq şansınızı artırırsınız!
Dərslər sentyabr ayından may ayına qədər davam edir. Tədris formatı: mühitə uyğunlaşmaq məqsədilə həftədə 1 dəfə, 3 saat olmaqla (fasilələrlə) keçirilir. Hər bir fənn üzrə dərslər 15-18 nəfərlik qruplarda keçirilir. Bu, hər bir şagirdə xüsusi diqqət ayırmağa imkan verir, bununla yanaşı, uşaqlar ətrafda çox insan olduqda, diqqətlərini mövzuya cəmləməyə və saxlamağa öyrəşirlər. Bu isə imtahanda lazım olan çox faydalı bacarıqdır.
Proqramın sonunda uşaqlar: · zəruri bütün mövzuları təkrarlayır və nəzərdən keçirir · qrammatika üzrə biliklərini təkmilləşdirir və zəruri söz ehtiyatı toplayırlar; · imtahan tapşırıqlarının həlli üzrə güclü bacarıq formalaşdırırlar; · Azərbaycan dili imtahanı üzrə öz strategiyalarını işləyib hazırlayırlar; · öyrənmə motivasiyalarını artırırlar.