Dərs Evi nədir?
Dərs Evi İnnovasiya Mərkəzi Azərbaycanın təhsil sferasında yeni trendə çevrilib. Aparıcı Qərb ekspertlərinin iştirakı ilə yaradılmış Mərkəz Azərbaycan təhsil proqramı ilə ali məktəblərə qəbula innovativ yanaşmanı özündə birləşdirir.
9 il ərzində Mərkəzdən 5184 abituriyent məzunu olub, onların 98 faizi ali məktəblərə uğurla qəbul olub. Onların bəziləri ali təhsil aldıqdan sonra Dərs Evinə artıq müəllim və ya əməkdaş qismində qayıdıblar.
Burada şagirdlərə ilk növbədə informasiyanın mənimsənilməsi və vaxtın idarə edilməsi vərdişləri, o cümlədən imtahan zamanı stresin öhdəsindən səmərəli şəkildə gəlmə üsulları öyrədilir, ixtisas seçimində onların istək və meylləri əsas götürülməklə, köməklik göstərilir və motivasiya verilir. Hər bir Dərs Evi müəllimi yeniyetmələr üçün rol modelə çevrilən dost və mentordur.
Dərs Evinin bütün metodologiyası onun üzərində qurulub ki, biz təkcə şagirdə lazımi məlumatları çatdırmaqla, imtahanlardan keçmə üsullarını öyrətməklə kifayətlənmirik, biz həm də şagirdin müstəqil şəkildə görməli olduğu iş üçün yanacaq veririk: ilham, enerji, ruh yüksəkliyi, motivasiya… Buna görə də Dərs Evi kuratorları hər bir şagirdimiz üçün fərdi təlim proqramı hazırlayır, onunla və valideynləri ilə daima əlaqə saxlayırlar.
Əsas odur ki, övladınız sevdiyi işlə məşğul olsun və seçimində həmişə sərbəst olsun. Ona seçim azadlığı, motivasiya verin və məqsədlərinə gedən yolda dəstək olun. Dərs Evi isə məqsədinə çatmaq üçün ona lazım olan bütün bilikləri verəcək.
Qoy hər kəs tələbə olsun!