Hazırda COVİD-19 pandemiyasının tələblərinə uyğun olaraq keçid aldığımız məsafəli təhsildə keyfiyyətli tədrisin qorunması və davam etdirilməsi üçün texnoloji biliklərin və bacarıqların nə qədər önəm daşıdığının şahidi oluruq. Şagirdlərin diqqətini ənənəvi tədris formasında olduğu kimi daimi olaraq dərslərə cəmləmək və şagirdlə əlaqəni itirməmək üçün müəllimlərin köməyinə çatacaq bir neçə əsas rəqəmsal bacarıqlar mövcuddur. Dərs Evi olaraq biz sizə texnologiya dövrü olan 21-ci əsrdə hər müəllimin sahib olmalı olduğu bir neçə vacib rəqəmsal bacarıqları və həmin bacarıqlara yiyələnə biləcəyiniz platformaları təqdim edirik.
Cədvəllər proqramı sizə işinizin önəmli aspektlərini nizama salmaq və metodiki yolla həll etmək imkanı yaradır. Məsələn, siz şagirdlərin qiymətini və ya inkişafını cədvəllər proqramına daxil edərək onu hər dəfəsində yeniləyə və ya üzərində hesablamalar apara bilərsiniz. Eyni zamanda, bəzi vacib məlumatları üzə çıxarıb diaqram və ya başqa visual formalarda ustalıqla təqdim edə bilərsiniz. Bu bacarıqları təkmilləşdirmək üçün Google Sheets, Microsoft Excel kimi tətbiqlər mövcuddur. Excel proqramında işləməyi öyrənə biləcəyiniz bir neçə platformanı diqqətinizə çatdırırıq:
Microsoft Excel Help Center
Excel Central
Excel Hero
Innab – 55 dərsə Excel (Azərbaycan dilində öyrənmək istəyənlər üçün)
Vizual tədris əksər insanların əsas öyrənmə üsullarının bir hissəsidir. Onlar tələbələri məlumatlandırmaq, motivasiya etmək və inndırmaq üçün çox vacib alətlərdir. Yaxşı hazırlanmış təqdimat peşəkarlığı artırır və müəllimlərin ötürmək istədikləri ismarışları gücləndirir. Onlayn sinif mühitində elektron təqdimatlar tələbələri dərsə cəlb etməklə müəllimlərə daha çox kömək edir. Çoxumuz təqdimat hazırlamaq üçün ən çox istifadə etdiyimiz proqram Microsoft PowerPoint proqramıdır. Halbuki, sizi PowerPoint-in standard və bəzən sıxıcı havasından xilas edən, daha cəlbedici və qeyri-adi üsulda və daha çox funksiyalar təklif edən online proqramlar mövcuddur ki, siz rahatlıqla onlardan ödənişsiz olaraq istifadə edə bilərsiniz:
Google Slides
Prezi
Haiku Deck
Canva
Visme.co
Rəqəmsal portfoliolar sizi qalaq-qalaq qovluqlar, kağızlar yığmaq və saxlamaq əziyyətindən qurtarır, portfoliolar üzərində əməliyyatlar aparmaq üçün sadə metodlar təklid edir. Eyni zamanda sizə hər hansısa sənəd lazım olanda onu axtarış yerində rahatlıqla tapa bilərsiniz. Kağız portfoliolar saxlanılıb və ya tədris ilinin sonunda ləğv edilirdisə, rəqəmsal portfoliolar istənilən vaxt və asanlıqla tələbələr, valideynlər və müəllimlər tərəfindən əldə edilə bilər. Rəqəmsal portfolionuzu yarada biləcəyiniz bir neçə platformlar bunlardır:
Silk.co
Sites.google.co
Weebly.com
Xüsusilə onlayn tədrisdə, rəqəmsal platformallar (wikis, blogs) tələbələri tədris mühitinə cəlb etməkdə çox böyük köməkçi olur. Onlar tələbələrə öz fikirlərini, narahatlıqlarını bölüşməyə imkan verir ki, bu da əks halda vaxt məhdudiyyətinə görə onlayn tədris zamanı mümkün olmaya bilər. Eyni zamanda onlayn platformalar tələbələri hətta dərsdən sonra da forum müzakirələrinə cəlb etməklə diqqətlərini cəmləşdirməyə vadar edir. Tələbələr üçün rəqəmsal məkan yarada bilməyiniz üçün bir neçə platformaları sizə təqdim edirik:
Blogger.com
Wordpress.com
Edublogs.com
Wikispaces.com
Öz fikrimizi qarşı tərəfə çatdıran zaman təsdiqini tapmış məlumatlara, statistikalara müraciət edə, məşhur və uğurlu insanlardan sitat gətirə bilərik. Bu, müəllim kimi həm peşəkarlığımızı, həm də dünyagörüşümüzü təsdiqləyən vacib amillərdən biridir. Amma müəllimlər müəllif hüquqları və qaydalarını, mənbədən necə sitat gətirilmə qaydalarını və digərlərinin işini öz işlərinə necə düzgün inteqrasiya etməli olduqlarını anlamalıdırlar. Gətirdiyimiz məlumatın mənbəyini düzgün göstərməyə və akademik səviyyədə müəllif hüquqlarını qorumağa yardımçı olacaq bir neçə səhifə:
Son of Citation Machine
Purdue University Owl
EasyBib
IELTS trial üçün Dərs Evinə gəl!
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
Classes are held by the CELTA certified tutors.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!