1. Özünüzü sabit internet qoşulması ilə təmin edin
Əgər teatr asılqandan başlayırsa, onlayn tədris də internetdən başlayır. Provayderinizin sizi ən vacib məqamda yarı yolda qoyacağına az da olsa şübhəniz varsa, onu dəyişmək barədə düşünün. Yaxud da mobil internetdən istifadə edin - bütün operatorların şəbəkəyə iki-üç saatlıq limitsiz qoşulmaq üçün sərfəli təklifləri var.
2. Özünüz üçün iş yeri düzəldin
İşə köklənməniz üçün sizə müəyyən bir məkan lazımdır. Bu səbəbdən, özünüz üçün ayrıca iş masası təşkil edin.
3. Telefondan istifadə etməyin
İmkan daxilində dərslərə telefon vasitəsilə qoşulmamağa çalışın. Əlbəttə, tənbəllik imkan vermir, axı divanda və ya çarpayıda rahatca uzanıb dərsi televizora baxırmış kimi dinləmək olar. Nəzərə alın ki, bu yalnız əlavə problemlər yaradır – kiçik ekran görmə qabiliyyətinə zərər vurur, normal qeyd aparmaq olmur və nəticədə heç bir müsbət təcrübə əldə etmirik.
4. Veb-kameranı yandırın.
Kameranızın işlək vəziyyətdə olmasına diqqət edin və kameranı mütləq yandırın. Bu, həm sizin diqqətinizin cəmlənməsinə, həm də müəllimin sizinlə daha rahat ünsiyyət qurmasına yardım edəcək.
5. Qulaqcıqlardan istifadə edin
Mikrofonlu qulaqcıqlardan istifadə edin, səs izolyasiyası nə qədər yaxşı olarsa, bir o qədər yaxşıdır. Qulaqcıqlar fikrinizin yayınmasına, mikrofon isə sizin digər iştirakçılara mane olmanıza imkan verməyəcək. Əlavə səs-küy – onlayn dərs üçün maneədir.
6. Layfhaklardan isifadə edin
Nə mikrofonunuz, nə kameranız yoxdursa, mobil telefon xilaskarınız olacaq. Google-dan yardım ala bilərsiniz – internetdə smartfondan xarici kamera, və ya kompüter üçün mikrofon kimi istifadə haqqında kifayət qədər layfhak vardır. Əlacsız qaldıqda, siz iki akkauntdan – biri kamera üçün kompüterdən, digəri səs üçün telefondan istifadə etməklə qoşula bilərsiniz.
7. Cədvəl tərtib edin
İş müntəzəmliyi və dəqiqliyi sevir. Cədvəlinizi iş masanızın üzərindən asın. Belə olan halda, siz dərsinizin vaxtını həmişə biləcəksiniz.
8. Xatırlatmalar təyin edin
Xatırlatmalar heç vaxt artıq olmur – zəngli saatınızı dərsdən 20 dəqiqə əvvələ qurun.
9. Ev tapşırığını yerinə yetirməyi unutmayın.
Yalnız dərslərlə kifayətlənməyin, dedlaynlar təyin etməklə, ev tapşırığınız üçün də cədvəl tərtib edin. Zəngli saatdan bu halda da istifadə edə bilərsiniz.
10. Qeyd aparın
Qeyd aparmanız üçün ləvazimatlarınız olsun. Artıq dərəcədə xahiş edirəm, ekranın şəklini çəkmək, yaxud skrinşotlar etmək lazım deyil. «Şəklini çəkib/skrinşot edib, sonra köçürəcəyəm» ifadəsi ХХI əsrin ən böyük yalanıdır.
11. Ünsiyyət qurun
Dərs vaxtı sizə mane olan nəsə olarsa, müəllimə müraciət etməkdən çəkinmək lazım deyil, məsələn, qrup yoldaşınız səs-küy yaradır və bu sizə çox mane olursa, və ya dərs həddindən artıq sürətli gedir və siz çatdıra bilmirsinizsə.
12. Gəzin
Nəhayət, nə qədər ziddiyyətli səslənsə də, onlayn tədris ərzində kompüter qarşısında daha az vaxt keçirməyə çalışın. Hal-hazırda siz hərəkət etməli, təmiz hava almalısınız, bir çoxunun gün rejimi isə pozulub. Bütün bunlar sonradan sağlamlığınızda təzahür etməsin deyə, tez-tez təmiz havada olmağa çalışın. Dərsdən sonra bir saatlıq fasilə edib yenidən kompüterin qarşısına keçə bilərsiniz.
__________________________________________________________________________________
Bu 12 sadə məsləhətə riayət etsəniz, məsafəli tədrisinizin nə qədər səmərəli olduğunu görəcəksiniz. =)
IELTS trial üçün Dərs Evinə gəl!
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
Classes are held by the CELTA certified tutors.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.