2 aya necə 170 bal toplamalı?

Təqribən 4000 manat. Vaxtilə mənim valideynlərim hazırlıq müəllimlərimə təxminən bu qədər ödəniş etmişdilər. 2011-ci ildə bu pulla Avropanı yaxşıca gəzmək olardı, ancaq mən universitetə daxil olmalı idim. Demək olmaz ki, mən çalışqan şagird olmamışam: dərs etməməkdən ötrü hər şey edirdim. Bütün bacarıqlarımı işə salıb 40 qəpiyə getdiyim fənnlər üzrə bütün test bank cavablarını aldım (rus dili üzrə getməmişəm, bunu yadda saxlayın). Ev tapşırğını elə dərs günü edirdim və bunun məzəli tarixçəsi var.

Mən musiqi kollecini bitirmişəm, buna qədər 4 il ərzində həftədə 2-3 dəfə musiqi məktəbinə getmişəm. Və başlanğıcda anam mənim simamda öz gənc istedadının dalıyca gəlirdi. Bütün analar bunu həm də ona görə edirlər ki, digər analardan son xəbərləri eşitsinlər və övladları ilə öyünsünlər. Analardan biri qızının hər gün bir neçə saat, digəri oğlunun bütün istirahət günləri məşğul olduğunu deyirdilər. Növbə mənim anama gəlib çatanda o, cəmi 30 dəqiqə çalışdığımı deyib, hamını şoka salırdı. “Necə? Gündə 30 dəqiqə çox azdır”. “Dərsdən 30 dəqiqə əvvəl” – deyə anam əlavə edirdi.

«Dərsdən 30 dəqiqə əvvəl»

Necə tarixçədir? Düzdür, məni xarakterizə edir. Deməlli “Dərsdən 30 dəqiqə əvvəl” məni hər yerdə izləyirdi. Ta ki, may-iyun gələnə qədər.

İlk “sınağıma” 10-cu sinifdə getdim və 700 baldan təxminən 300 bal topladım. Sonra əsas imtahana çata bilmədim və təkrar getdim, 520 bal topladım, əlbəttə ki, bəzi cavabları artıq bilirdim (bu mənim evdə 500+sınaqdakı rəqəmlə parladığım son hadisə oldu, dedim biləsiniz) 11-ci sinifdə digərlərinin ortalama nəticəsi 430-a bərabər idi, valideynlərim bununla barışdılar, baxmayaraq ki, buna şad deyildilər. Hər bir bal valideynlərimə 10 manata başa gəlirdi. Və bu yerdə anladım ki, belə olmaz.

Fizika ilə necə, kimya ilə də elə - sadəcə “daraq” daha “sərt saçlar” üçün idi.

Nəyisə dəyişmək lazımdır: а) dostlarla keçən vaxtı azaltmaq (onsuz da məktəb artıq başa çatıb, həyat isə davam edir). b) 460 (bundan daha azına imkan verə bilməzdim), 480, 540 və hətta 560 bal toplamaq üçün neçə düzgün cavab yazmalı olduğum üzrə plan tərtib tərtib etməliyəm c) hansı fənni daha yaxşı bildiyimi anlamalı, bir həftə möhkəmləndirməli və imtahana bir həftə qalmışa qədər unutmalı. Bu ingilis dili oldu. Kimyanı tez yola verdim, bütün bankı kor-koranə həll etdim, buradakı tapşırıqlar yaxşı biatlonistin önündəki hədəflər kimi bağlanırdı. Rus dilindən nələrəsə baxırdım. Fizika kimyanın günündə idi, sadəcə “darağı” daha “sərt saçlar” üçün idi. Və budur, sonda birinci sinifdən əslində ən yaxşı dostum olan, lakin imtahandan əvvəl məni darda qoyan qəddar düşmənim - riyaziyyatla rastlaşdım. Ən çox 16 düzgün cavabdan artıq yaza bilmədiyim riyaziyyat sanki lənətlənmişdi. Elə bil yağışda dayanmısan, arxanca hər 10 dəqiqədən bir mal qatarı keçib gedir, yanında isə Çaykovskinin əsərini təzə başlayan orkestr ifa edir, o zaman məni başa düşərsiniz – gecə gündüz riyaziyyatla və iki həftə ərzində yalnız həftədə bir gün kimya və fizika ilə məşğul olmaq nə deməkdir.

430 bal, 1 bala görə 10 manat – bu fikirlərlə ilk dəfə həyatımda ilk dəfə “Elmlər Akademiyası” stansiyasında düşdüm və digər uşaqlarla BDU-nə getdim. Ətrafda “Yetim, necə yazdın?” stilində motivasiya edici yazılar var idi, izdiham və BDU girişindəki hərbçilər. Otaqda yanıma Kipr universitetinə daxil olmağa hazırlaşan oğlan əyləşdi, fikrimi yayındıracaq bir şey yox idi. Test kitabçasını açdım, bildiyim hər şeyi tətbiq edərək cavab kartını doldurdum, yorğunluq və həyəcan hissindən uzaq halda çıxdım. “Qəribədir, çətin deyildi” deyə düşündüm. Artıq axşama yaxın rus dilisiz, təxminən 580 balım olduğunu hesabladım, valideynlərim inanmadılar, mən isə yalnız bir şeyi düşünürdüm – hər bal üçün 7 manat 10 manatdan yaxşıdır. Getmədiyim rus dilini batırdım – ki, bunun da mənim üçün heç bir mənası yox idi, 2 aya 170 bal toplaya bilmişdim.

Sizin üçün maraqlı ola bilər