Üç zaman ağrısı

Birinci ağrı. Eramız və eramızdan əvvəl

Dözülməz ağrı – zamanın eramıza qədərki sayımı. Geri sayımın öyrənilməsində əslində heç bir mürəkkəb və qorxulu şey yoxdur. Birincisi, proqramda bunun çaşdırılacağı yerlər azdır. İkincisi – problem iki mərhələdə həll edilir – 1) mahiyyətin dərk edilməsi və 2) təcrübə. Sayımın mahiyyətini şagirdlərimə iki analogiya ilə izah edirəm – raketin buraxılması zamanı geri sayım və riyaziyyatdakı mənfi ədədlər. Təcrübəyə gəlincə, özünüzü tarixin yanında məxfi “e.ə.” işarəsinin olub-olmamasına diqqət yetirməyə vərdiş etdirməyiniz lazımdır. Avtomatizm çox sadə üsulla – müvafiq bank tapşırıqlarının həlli və təkrar həlli ilə əldə edilir. Əsas – vərdiş qazanana qədər inildəməməkdir J

İkinci ağrı. Əsrlər, minilliklər və onların yarısı

Sizə üç böyük sirr açım. Birinci sirr – minillikdə 1000 il var. İkinci sirr – əsrdə 100 il var. Üçüncü sirr – onillikdə on il var. Təəccüblüdür, eləmi? J Bu və ya digər ilin bu və ya digər əsrə və yaxud minilliyə aid edilməsi ən azı bu qədər asandır. Sayımın başlanğıcından ilk 100 il (bizim halımızda – eramızın 1-ci ili) eramızın I əsrini, növbəti – II əsr, və s. təşkil edəcək. Ona görə 1234-cü il bir çoxlarının düşündüyü kimi XII əsr deyil, XIII əsr olacaq. Eyni prinsip minilliklərə də aiddir – sayımın başlanğıcından ilk 1000 il (və ya on əsr) I minilliyə aid ediləcək, və belə davam edəcək. Prinsiplər çox sadədir, ancaq çox vaxt böyüklər bunu yetişməkdə olan nəslə izah etməyə vaxt tapmırlar (niyə, axı belə də hər şey aydındır), yetişməkdə olan nəsil isə öz növbəsində soruşmağa çəkinir (niyə, axı axmaq görünəcəm). Abituriyentlərin təcrübəmdə daima qarşılaşdığım problemləri buradan qaynaqlanır.

Digər problem əsrlərin yarıya bölünməsidir. Eramızın əsrləri ilə elə də problem yaranmır – təməl prinsiplərdən sonra hamıya aydındır ki, XIII əsrin birinci yarısı 1250-ci ilə qədər olan dövrdür. Əsrin əvvəlinin, ortasının və sonunun müəyyən edilməsi daha pis alınır. Burada uşaqlara deyirəm ki, 1200, 1250 və 1299-cu illərə əsaslanmalıdırlar. 1200-cü ilə yaxın olan illər əsrin əvvəli, 1250-ci ilə yaxın olan - əsrin ortası, 1299-cu ilə yaxın olan illər əsrin sonudur. Ancaq “e.ə.” işarəsi olanda bu dözülməz ağrıya çevrilir. Burada təbii intuisiyaya qarşı getməli olursan, axı məsələn, e.ə. 594-cü il - əsrin sonu deyil, əvvəlidir! Bunu öz axarına buraxmamaq vacibdir və şagirdə əsrin birinci yarısını 599-cu ildən 550-ci ilə qədər geri sayım qaydasında hesabladığımızı aydın şəkildə deməliyik. “Bu onsuz da aydındır” fikrinə arxayın olsaq, problem artacaq. İzah etdikdən sonra şagirdlər vərdiş qazanana qədər daima izləmək lazımdır. Siz artıq bilirsiniz ki, - tarixdə vərdiş tələb olunur J

Üçüncü ağrı, ən ağrılı. Tarixləri necə yadda saxlamalı?

Ən sadə üsulu – yaxşı yaddaşa sahib olmaqdır J Əgər tarixləri yadda saxlamaq heç cür alınmırsa, bunun iki səbəbi ola bilər. Birincisi – yadda saxlamağa çalışdığınız şey sizə maraqlı deyil. Məktəbdə kimya mənə maraqlı deyildi və mən kimyəvi formulları yadda saxlamaqda əziyyət çəkirdim. Problem tarixlərdə yox, motivasiyanızdadır.

İkinci ehtimal edilən səbəb – tarixləri necə öyrənməyinizdir. Tarixləri vurma cədvəli və MKİ-nin gizli kodu kimi öyrənməyin heç bir mənası yoxdur. Bu, beyin üçün mürəkkəb və imtahan üçün mənasızdır, axı tarixləri kontekstdə tətbiq etmək lazımdır – sadəcə 1453 yox, 1453-cü ildə nə baş verib. Özünə rəqəmlərdən siyahı tutub əzbərləməyə çalışan abituriyentlər səhv edirlər. İnsan maraqlı və əyləncəli məlumatı daha asan yadda saxlayır – və buna görə tarixə maraqlı və əyləncəli fənn kimi yanaşmağa çalışmaq daha səmərəlidir. Əlbəttə, burada çox şey müəllimdən və materiallardan asılıdır, şagirdin münasibəti də əhəimyyət kəsb edir. Tarixə rəqəmlər cədvəli kimi deyil, ötüb keçən əsr barədə maraqlı və əyləncəli hekayə kimi yanaşın. Nə qədər təzadlı olsa da, tarixləri öyrənməyə nə qədər az diqqət ayırırsınızsa, onları bir o qədər yaxşı yadda saxlayırsınız. Rəqəmləri əzbərləmək lazım deyil – dərslik materiallarını sevimli kitabınız kimi oxuyun, təkrar-təkrar oxuyun, bankdan tapşırıqlar həll edin və tarixlər üzrə vərdiş yaranacaq

Sizin üçün maraqlı ola bilər