Arzu Mürsəlova

Tədris departamentinin rəhbəri

110 nəfərdən ibarət və daima artmaqda olan müəllim heyəti ilə işləmək, dərslərin keyfiyyətini nəzarətdə saxlamağın nə qədər çətin olduğunu təsəvvür edə bilirsiniz?

Komandanı ruhlandırmaq, müəllimləri professional inkişafa həvəsləndirmək, dərslərin qaydalara uyğun və keyfiyyətli formada aparılmasını təmin etmək. Əlbəttə ki, Arzunun işləri bununla bitmir!

Şagirdlərin imtahan nəticələrinə görə məsuliyyət kimi vacib iş də onun çiyinlərindədir. Arzu bütün prosesə nəzarət etməklə yanaşı, həm də şagirdlərin sevimli müəllimlərindəndir. O, Azərbaycan dili fənnini tədris edir.