Cavid Axundov

Biznesin İnkişafı üzrə rəhbər

Düzgün dəyərlər və keyfiyyətli təhsil cəmiyyətin inkişafı üçün təkanverici qüvvədir.

Cavid Dərs Evinin təməli atıldığı ilk gündən bu komandadadır. Ötən illər ərzində dəqiqliyi, işə göstərdiyi peşəkarlıq ilə vacib layihələrə imza atıb.

O, layihələrin idarə edilməsi, insan resurslarının inkişafı, həmçinin ölkədə və xaricdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində iştirak edib. Cavid akademik təhsil ilə yanaşı qeyri-formal tədrisin böyük gücə sahib olduğuna inanır.

O, uzun müddət Dərs Evində araşdırma, inkişaf və material hazırlığı sahəsində çalışıb, hazırda isə fəaliyyətini biznes inkişafı üzrə davam etdirir.