Müştəri məmnuniyyətini təmin etmək və istənilən vəziyyətdə səbrli olmaq. Gülnarın işinin əsasını məhz bu təşkil edir. Təsəvvür edə bilirsiniz ki, yüzlərlə şagird və tələbələrimizdən gələn sualları o cavablayır. Bundan başqa şagirdlərin imtahana qeydiyyatı və ixtisas seçimi zamanı da onlara düzgün seçim etməyə kömək edir.
Gülnar düz 9 il müəllim kimi fəaliyyət göstərib və bütün yaş kateqoriyalarında tələbələri olub. Odur ki, o, həmişə valideyn və uşaqlarla dil taparaq, onları məmnun etməyi bacarır.