Dərs Evi komandası EdCrunch 2019 konfrasında iştirak etdi

02.10.2019

Dərs Evi komandası EdCrunch 2019 - təhsildə rəqəmsal yenilik mövzusunda keçirilən qlobal konfransda iştirak etdi

Peşəkar cəmiyyəti hazırda bir sual narahat edir. Gənclərə nəinki bu günün, həm də sabahın problemlərini həll etmək üçün aktual olacaq bilikləri necə ötürmək olar?

Moskvada baş tutan 6-cı EdCrunch adlı konfransda təhsil və bu sahəyə aid bütün yeniliklər barədə dünyanın ən qabaqcıl nümayəndələri toplanaraq, fikir mübadiləsi aparır. Burada yeni texnologiyaların tətbiqi, uşaqların dərsdən sıxılmaması, əksinə təhsilə maraqlarının artırılması istiqamətində nələr etmək mümkündür mövzusunda müzakirələr edildi.

Dərs Evi İnnovativ Tədris Mərkəzi nümayəndələri – Pavel Belorusskiy, İnara Vəliyeva və İnara Mirzəzadə də bu tədbirə qatılaraq dünyanın ən qabaqçıl və təhsil sahəsində böyük işlər görən mütəxəssislərin çıxışlarını dinlədi. İştirakçılar inkişaf etmiş tədris metodikaları, həmçinin yeni təcrübədən keçirilən layihələr ilə tanış oldular. Sözsüz ki, bu yeni təcrübə tədris mərkəzinin fəaliyyətində də öz əksini tapacaq. Çünki qayğınıza qalırıq!

Konfransda dünyanın ən məhşur - 2,5 milyon istifadəçisi olan “Learn how to learn” onlayn kursunun müəllifi Barbara Okli də iştirak edirdi. Onun sayəsində beynin əsl potensialını, görə biləcəyi işlərin həcmini müəyyən etmək və yaddaşı gücləndirmək artıq mümkündür. Elə 2 gün davam edən konfransda çıxışlar da bu mövzuları əhatə edirdi.

EdCrunch 2019 artıq 6-cı dəfədir keçirilir. Dünyanın bir çox ölkələrindən nümayəndələr gəlir və təhsilin inkişafı, daha keyfiyyətli və innovativ olması məqsədi ilə müzakirələr aparılır.

Sizin üçün maraqlı ola bilər