Dərs Evi 13-cü beynəlxalq təhsil sərgisində iştirak etdi
10-12 oktyabr Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq Təhsil sərgisi keçirildi. Dərs Evi İnnovativ Tədris Mərkəzi də sözügedən sərgidə iştirak edirdi.
Dərs Evi stendinə yaxınlaşanlara “Peşə seçimi” testinə endirim təklif edildi. Testin nəticəsinə əsasən abituriyentin hansı sahədə real olaraq uğur qazana biləcəyi müəyyən edilir. Peşə konsultasiyasından sonra isə ixtisas seçimi edilir. Şagird nəticəyə uyğun olaraq qəbul imtahanına hazırlaşmağa başlaya bilər. Bundan başqa təhsil sərgisində müxtəlif intellektual oyunlar, hədiyyələr və xüsusi endirim fürsəti də tədbir iştirakçılarına təqdim edildi!
Dərs Evi Azərbaycan təhsil proqramı ilə dünyada tətbiq edilən təcrübənin birləşməsi nəticəsində yaranan və imtahanlara hazırlıq sahəsində innovativ yanaşma tətbiq edən tədris mərkəzidir.
Burada abituriyentlərə imtahana hazırlıqla yanaşı, həyəcanı aradan qaldırmaq üçün də dəstək göstərilir. Peşəkar kollektiv şagirdin uğur qazanması üçün çalışır. Ümumiyyətlə çox aşağı göstəricilərlə Dərs Evinə müraciət edən abituriyentlər qısa zamanda daha yüksək nəticə əldə edir.
Bundan başqa Dərs Evi xaricdə təhsil ilə maraqlananlara da dəstək olur. “Get” xaricdə təhsil mərkəzi ABŞ, Kanada, Birləşmiş Krallıq, Almaniya, Çexiya, İsveçrə, Hollandiya, Çin, Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, BƏƏ, Avstraliya və digər ölkələrdə məktəb, universitet proqramlarını təklif edir. Sərgi zamanı stendə yaxınlaşanlara bu barədə də detallı məlumat verildi.
Dərs Evi ötən il 12-ci Beynəlxalq Təhsil sərgisində ən fəal stend kimi fərqlənərək sertifikata layiq görülmüşdür. Bu il isə iştirakçılarla ən fəal işə görə sertifikatla təltif edildi.
Classes are held by the CELTA certified tutors.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!
IELTS trial üçün Dərs Evinə gəl!
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.