Dərs Evi əməkdaşı Finlandiyada inklüzivlik mövzusunda keçirilən layihədə iştirak edib
Əməkdaşımız Cavid Axundov Finlandiyanın Kuussamo şəhərində inklüzivlik mövzusuna həsr edilən təlimə qatılıb. Layihənin əsas məqsədi müxtəlif səbəblərə görə təcrid edilmiş gənclərin inklüzivliyinə dəstək göstərmək, bu sahədə təbiətdə fəaliyyət növlərinin rolunun önəminə diqqət çəkməkdir. Təbiətdə, ümumiyyətlə açıq havada tapşırıqların həyata keçirilməsi yeniyetmələrə yaxşı təsir göstərir. Bu zaman çətinliklərlə üzləşdikdə isə gənclər qorxuları ilə mübarizə aparmağı və özünə güvənməyi öyrənir.
Finlandiya dünyanın ən uğurlu təhsil sistemlərindən birinə sahibdir. Sözügedən təcrübənin tətbiq edilməsi isə şagirdlərin həm tədrislərində, eləcə də gündəlik həyatlarında uğur qazanmalarına kömək edir. Layihə iştirakçılarına nəzəri biliklərin verilməsi ilə yanaşı, əldə edilən məlumatı təcrübədən keçirmək imkanı da yaradılıb. Təlim iştirakçıları təbiətdə keçirilən müxtəlif fəaliyyətlərə qoşularaq, təcrid edilmiş gənclər və müxtəlif hədəf qruplarının əsas ehtiyaclarının nələr olduğunu müəyyən ediblər.
9 gün davam edən layihədə Azərbaycanla yanaşı Avstriya, Türkiyə, Ukrayna, Rusiya, Ermənistan, İspaniya, İtaliya, Fransa və Finlandiyadan da iştirakçılar qatılıb. Layihənin növbəti mərhələsində isə əldə edilən təcrübə tətbiq ediləcək.
Məhsul departamentinin rəhbəri Cavid təlim zamanı Azərbaycan üçün yeni bir yanaşmanı öyrənmək imkanı əldə edib. Sözsüz ki, əldə edilən bu təcrübə Dərs Evinin təqdim edəcəyi yeni xidmət və məhsullarda da öz əksini tapacaq.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
Classes are held by the CELTA certified tutors.
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
IELTS trial üçün Dərs Evinə gəl!