Təşkilatın Uğur Formulu

08.11.2019

Bakıda ilk dəfə dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri – Doktor İtsxak Adizesin iştirakı ilə biznes forum keçirilib!

“Volvo”, “Visa”, “Bank of America”, “Coca-Сola”, “Sberbank”, “Sibur” kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizes Bakıda keçirilən “Təşkilatın uğur formulu” adlı biznes forumda çıxış edib.

“Təşkilatın uğur formulu” forumunda İtsxak Adizes ilə yanaşı Dərs Evinin icraçı direktoru Pavel Belorusski də çıxış edib. O, sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun konsultantı və təlimçisidir. O, Adizes metodologiyasının praktiki alətləri barədə danışıb. Forumda bu metodologiyanı artıq öz şirkətlərində sınaqdan keçirən rəhbərlər bu təcrübəni tədbir iştirakçıları ilə paylaşıblar.

Dünya şöhrətli eksperti bu forumda 200-dən çox şirkət qurucusu və böyük şirkətlərin aparıcı vəzifələrində çalışan nümayəndələri dinləyib.

İtsxak Adizes bazarda lider olmaq, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşma kimi şirkət inkişafında əhəmiyyətli rol oynayan mövzulardan danışıb. O, çıxışında fərqli insanları bir araya gətirərək onlardan güclü komanda yaratmağın effektivliyini də vurğulayıb.

“Holmes Report” şirkəti Roma Papası Fransisk, Dalay Lama, Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdo ilə yanaşı Dr. İtsxak Adizesi “2017-ci ilin ən yaxşı ünsiyyətcili” adlandırıb. Bunu təsadüf adlandırmaq olmaz. Menecment sahəsinin əfsanəsi, dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri olan İtsxak Adizes 52 ölkədə 2000-dən çox təşkilatın tətbiq etdiyi metodologiyanın müəllifidir.

Sizin üçün maraqlı ola bilər