Gənc müəllimlər üçün kamp

Dərs Evi karantin zamanı gənc müəllimlərə dəstək olmaq məqsədi ilə 24-29 avqust tarixlərində ödənişsiz onlayn yay kampı təşkil edir!

Layihədə pedaqoji sahədə təhsil alan 4-cü kurs tələbələri və bu sahə üzrə təhsilini bitirən 30 yaşa qədər gənclər iştirak edə bilərlər.

İştirakçılar nə əldə edəcəklər?

  • Azərbaycanda unikal olan ABŞ və İsrail tədris metodikası üzrə master-klaslar.
  • Real dərslər keçərək təcrübə qazana biləcəyiniz təlimlər.
  • Həm canlı, həm də onlayn dərslərin keçirilməsi üçün tövsiyyələr.
  • Dərs Evinin mütəxəssislərindən fərdi konsultasiya və tövsiyyələr almaq imkanı.
  • İştirakı yox, qazanılan təcrübə və bacarığı təsdiq edən sertifikat.

Müraciət etməyə tələsin!

Yerlər məhduddur, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Qeydiyyat üçün keçid

Sizin üçün maraqlı ola bilər