"Peşə seçimi" testi
Artıq xəyallarınızdakı peşəni seçmisiniz? Dərs Evi müvəffəqiyyətin sizi harada gözlədiyini öyrənməyə kömək edəcək!
Uşaq peşə seçiminə dair necə qərar verməlidir? Uşağın bacarıq və motivasiyasının hansı istiqamətdə olduğunu, hansı sahənin isə onun üçün çətin və vaxt aparan olduğunu necə müəyyən etməli? Məktəb həyatının son illərində bu suallar həm valideynləri, həm də uşaqları düşündürür. Qərarı isə mümkün qədər tez qəbul etmək lazımdır, yalnız bu halda hazırlıq üçün ehtiyat vaxtınız qalacaq. Düzgün və balanslaşdırılmış qərar qəbul etmək, həmçinin ailə daxilində bu barədə razılığa gəlmək üçün biz “Peşə seçimi” testini yaratmışıq.
“Peşə seçimi” imtahanından
keçmək istəyirsiniz?
Əlaqə məlumatlarınızı qoyun,
ekspertimiz qısa zamanda sizə zəng edəcək
Birinci addım. Test
Şagird unikal bir testdən keçir. Testin əsas məqsədi uşağın meyllərini, xarakterik xüsusiyyətlərini, onun üstünlük verdiyi sahələri və əsas motivasiya amillərini müəyyən etməkdir.
Testdə fənlər üzrə suallar YOXDUR və bilik səviyyəsini yoxlamır. Test psixoloji qiymətləndirməyə yönəlib və “düzgün” cavabın yazılmasını istisna edən proyektiv suallar üzərində qurulub.
Test həm evdə, həm də mərkəzimizdə planşetdə aparıla bilər.
Testdən sonra siz avtomatik qaydada ilkin nəticələri izahlı şəkildə əldə edirsiniz.
İkinci addım. Test nəticələrinə əsasən psixoloqla məsləhətləşmə.
- Məsləhətləşmədə həm şagird, həm də onun valideynləri iştirak edir.
Psixoloqun məqsədi:
- uşağın maraq dairəsini tapmaq
- motivasiya triggerlərini aşkarlamaq
- test nəticələrini real peşələrə proyeksiya etməkdə yardımçı olmaq
- uşağa və valideynlərə birgə hərəkət istiqamətini müəyyənləşdirməyə kömək etmək
"Peşə seçimi" testini keçdikdən sonra siz:
- gələcək karyeranız üçün ən uyğun variantları seçə biləcəksiniz
- məqsədə doğru hərəkət istiqamətini müəyyən edəcəksiniz
- övladınızın gələcək peşəsi ilə bağlı birgə qərar qəbul edə biləcəksiniz
- bu yolda ailələrin qarşılaşdığı çoxsaylı münaqişələrdən qaçmış olacaqsınız
“Peşə seçimi” testi Moskvada xüsusi laboratoriyada hazırlanıb və Azərbaycan mühitinə uyğunlaşdırılıb.
Bəzən testin nəticələri ilə valideynlərin sevimli övladı üçün nüfuzlu bir peşə seçmək və ya onu əcdadlarının yolu ilə göndərmək istəyi üst-üstə düşmür. Lakin bu anda dayanmaq və uşağın özünün nə istədiyini anlamaq çox vacibdir. Axı o, yalnız sevdiyi işlə məşğul olduğu halda həm uğur qazana, həm də xoşbəxt ola bilər. Adətən konsultantımız valideynlərə və uşaqlara ortaq məxrəcə gəlməyə kömək edir və onların səylərini yeniyetmənin psixotipinə uyğun gələn və öz xoşladığı ixtisasa yönəldir. Uğurun açarı budur.
"Peşə seçimi" testi haqqında təəssüratları izləyin
INSTAGRAM VİDEOSU