Övladlarınız bu yay evdə darıxır? Həyatları yalnız telefon, planşet və dostları ilə çox az ünsiyyətdən ibarətdir? Ders Evində isə 8-10-cu sinif şagirdlərinin əyləncəli “Yaaay” yay proqramında iştirak etmələri üçün qeydiyyatı artıq başlayıb. Sizi Azərbaycanın ən nüfuzlu şirkətlərinə 2 həftəlik ekskursiyalar, maraqlı master-klaslar və əyləncəli səyahətlər gözləyir. Biz istirahəti, faydalı bacarıqlar qazanma və müxtəlif peşələrlə tanış olma imkanını bir proqramda birləşdirdik. “Yaaay!” iştirakçıları bank və neft şirkətlərində qonaq olacaq, tibb və dövlət müəssisələrini ziyarət edəcək, ən yaxşı proqramçılarla görüşəcək və videoları peşəkar montaj etməyi öyrənəcəklər. Onlar natiqlik üzrə master-klaslarda, eləcə də ingilis dili dərslərində nitq bacarıqlarını təkmilləşdirəcək, kimyəvi təcrübələrin şahidi olacaq, özlərini incəsənətdə və stolüstü oyunlarda sınayacaqlar.
Proqramın son günündə bütün iştirakçılara sertifikatlar təqdim olunacaq. “Yaaay!” sizi gözləyir!