Yaaay! proqramı

"Yaaay!" proqramının əsas məqsədi – məktəblilərin peşə seçimini düşünülmüş qaydada etmələri üçün onlara özlərini müxtəlif ixtisaslarda sınamaq şansını verməkdir.

Məktəblilər natiqlik üzrə master klaslarda, ingilis dili dərslərində danışıq qabiliyyətlərini təkmilləşdirə, kimya master klasında kimyəvi elementlərlə yaxından tanış ola, riyaziyyat, esse yazılışı, aqronomiya, turizm və incəsənət üzrə master klaslardan yeni biliklər əldə edə bilirlər.

Proqramın son günündə bütün iştirakçılar sertifikatlarla təltif olunurlar.

Sizin üçün maraqlı ola bilər